Tanınmış azərbaycanlı aparıcı reanimasiyaya köçürüldü

26.08.2015 - 11:36

nuran2Almaniyada “Uniklinika”da yenidən müalicəyə başlayan teleaparıcı Hacı Nuran Hüseynov reanimasiya şöbəsinə yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, aparıcı bu haqda özü xəbər verib.

Ötən gün onu ziyarətə gedən müğənni Röya Ayxanla fotosunu paylaşan H.Nuran bunları yazıb:

“Artıq bir müddətdir ki, məni reanimasiya şöbəsinə yerləşdiriblər. Bir dəqiqə məni görmək üçün Bakıdan çox sevdiyim vəfalı dostum Röya gəlmişdi”.

Qeyd edək ki, H.Nuran bir neçə gün əvvəl səhhətinin daha da pisləşdiyini bildirmişdi: “Neçə gündür ki, özümü çox pis hiss edirəm. Gecə-gündüz həkimlər başımın üstündədir, xəstəlik günü-gündən irəliləyir. Halım çox dəyişib, müalicə olunmağa və ağır kimyaterapiyalara dözməyə taqətim qalmayıb. Hələ qabaqda ağır transplantasiya var. Dünən burada dostlarımla vidalaşdım”.

Xatırladaq ki, H.Nuran xərçəngdən əziyyət çəkir. Uzun müddət Almaniyada müalicə alan aparıcı fevralda Bakıya qayıtmışdı. Ötən ay Almaniyaya müayinəyə gedən Nuranın xəstəliyinin irəlilədiyi bəlli olub. 

Short URL: http://www.cumhuriyyet.net/?p=30443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728