“Qarabağ” Respublika Stadionundan imtina etdi
UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Yanq Boys” cavab qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub.
Apasport.az saytının məlumatına görə, ağdamlıların baş məşqçisi Qurban Qurbanov avqustun 26-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında saat 17:15-də media mənsublarının önünə çıxacaq. “Yanq Boys”un baş məşqçisi Harald Gamperle isə saat 17:45-də jurnalistlərin suallarını cavablandıracaq. Rəqibimizin oyunqabağı son çalışması 18:15-də baş tutacaq.
Qeyd edək ki, Qurban Qurbanovun komandası matçdan qabaqkı son məşqə oyunun keçiriləcəyi stadionda çıxmayacaq. Belə ki, “Qarabağ”n oyunöncəsi son məşqi sabah saat 19:15-də klubun Suraxanı qəsəbəsindəki bazasında keçiriləcək.
Short URL: http://www.cumhuriyyet.net/?p=30446