88 saylı avtobusda “şou” göstərən sürücü qovuldu

26.08.2015 - 13:47
avtobus88 saylı xətt üzrə hərəkət edən marşrut sürücüsü qəza şəraiti yaradıb
Bakıda 88 saylı marşrut üzrə hərəkət edən avtobus sürücüsünün özbaşınalığını əks etdirən videomaterial yayılıb.

88 saylı avtobusun sürücüsü mikrorayon istiqamətindən Azadlıq prospektinə keçərkən iki halda kobud qəza şəraiti yaradıb.

Mikrorayon tərəfdən gələrkən yolun tam əks istiqamətinə çıxaraq digər yola keçib. Hansı ki, o yol Azadlıqdan mikrorayona gedənlər üçündür. Hələ bunlar azmış kimi, sürücülər ona yol vermədikləri üçün avtobusun sürücüsü narazılıq da edirdi.

Anspress xəbər verir ki, artıq yol hərəkəti qaydasını kobud şəkildə pozduğu üçün 88 saylı avtobus sürücüsü işdən kənarlaşdırılıb.
Bu barədə maşrut xəttinin direktoru Etibar Manafov bildirdi ki, hadisədən xəbər tutan kimi avtobusun sürücüsü Allahverdi Əkbərov yol polisinə aparılıb. Onun barəsində yol hərəkəti haqqında qanunu pozduğu üçün cərimə yazılıb. Bundan sonra həmin sürücü işdən kənarlaşdırılıb.

Sürücü Allahverdi Əkbərov isə qaydanı yolda tıxac yarandığı üçün pozduğunu deyib.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30509

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031