Azərbaycan “Gecə ovçuları” ilə maraqlanır – FOTO + VİDEO

27.08.2015 - 11:06

mi28Daha öncə 24 ədəd əvvəlki nəsil Mi-28 zərbə helikopteri çatdırılıb.

Rusiyada MAKS-2015 aviasalonunda iştirak edən Azərbaycan hərbçiləri “Gecə ovçusu” Mi-28 helikopterinə maraq göstəriblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti yazır.

Qəzetin həmsöhbəti qeyd edir ki, Azərbaycan hərbçiləri Mi-28 zərbə helikopterinə maraq göstəriblər.

“Bakı tərəfindən maşınlara həqiqətən maraq göstərilir, baxmayaraq ki, bu ölkəyə daha öncə 24 ədəd əvvəlki nəsil Mi-28 zərbə helikopteri çatdırılmışdı. Amma yaxın günlərdə müqavilənin bağlanacağını demək tezdir”,- sərginin daha bir eksponent-müəssisənin nümayəndəsi deyib.

Qeyd edək ki, Mi-28H “Gecə ovçusu” (NATO kodlaşdırması üzrə: Navos – “viranedici”) – “Rusiya helikopterləri” holdinqinin istehsalı olan, fəal atəş qarşıdurması şərtlərində tankların və digər zirehli texnikanın, eləcə də düşmənin kiçik sürətli hava hədəflərinin və canlı qüvvələrinin axtarışı və məhv edilməsi üçün nəzərdə tutulmuş Sovet və Rusiya zərbə helikopteridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=30580

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930