İstanbulda 15 satıcını döyən irlandiyalı turist danışdı – VİDEO

27.08.2015 - 12:11

fadel“Elə bildilər ki, mən qorxacam”.

İstanbulda 15 satıcını döyən irlandiyalı turist Show Tv-yə müsahibə verib.

Oxu.Az xəbər verir ki, turist bildirib ki, onun adı Muhammed Fadeldir və o, boksçu deyil, sadəcə mütəmadi olaraq idmanla məşğuldur.

Turist bildirib ki, onun qolu ciddi zədələnib:

“Mən içkili deyildim. Satıcılar mənə hücum çəkdilər, elə bildilər ki, mən qorxacam. Onların əllərinə nə keçirdisə onunla məni vururdular”.


İrlandalı Boksör Konuştu! İşte O Kavganın Perde… by aktifhaber

Xatırladaq ki, bir neçə gün öncə sosial şəbəkələrdə irlandiyalı turistin 15 türk satıcını döydüyünə dair görüntülər yayılmışdı. Hadisəyə səbəb irlandiyalı turistin mağazaya girərək təsadüfən rəfə toxunaraq bir neçə su şüşəsini yerə salması olub. Bu, satıcını qəzəbləndirib və o, turistə yumruqla hücum edib. Turistə hücum edənlər arasında təxminən 15 satıcı olub.


İrlandalı Turist Dövdüğü Esnaf O Anları Anlattı by aktifhaber

Hücum edənlər qarşılarında döyüş qaydalarından xəbərdar olan birinin durduğunu anlayıblar. Tacirlərdən biri irlandiyalını plastmas stul ilə vurmaq istəyib. Amma o, bu rəqibin də öhdəsindən uğurla gəlib və davanı davam etdirməyə hazır olsa da sonradan sakitləşib.

Short URL: http://www.cumhuriyyet.net/?p=30612

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728