Klublarımızın uğuru Türkiyə saytlarında: “Azərbaycan futbolu dastan yazdı”

28.08.2015 - 10:04
Azərbaycanın iki klubu – “Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinə Türkiyə saytlarında da yer ayrılıb. Musavat.com xəbər verir ki, məşhur “Fanatik” idman saytı bunu “Azərbaycan futbolu dastan yazdı” başlığı ilə təqdim edib.
Sayt yazır ki, Azərbaycan klublarının zəfəri Türkiyənin də işinə yarayıb. Belə ki, UEFA-nın reytinq sıralamasında Yunanıstan və İsveçrə Türkiyəni izləyirdi. 2 yunan və 2 İsveçrə klubunun mübarizədən kənarlaşması ilsə Türkiyə üçün ölkə xalı təhlükəsini aradan qaldırmış olub. “Azərbaycan klubları “Yanq Boyz” və “Panatinaikos”u mübarizədən kənarlaşdırmaqla Türkiyəyə jest etmiş oldular”, – sayt yazıb.
“NTV Spor” telekanalının saytında da “Azərbaycandan tarixi uğur” başlıqlı xəbər yerləşdirilib.
 

Short URL: http://www.cumhuriyyet.net/?p=30666

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728