Sumqayıt Şəhər İcra Hakimiyyəti: Eldar Əzizov iş başındadır
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov iş başındadır.
Bu barədə oxu.az-a Sumqayıt Şəhər İcra Hakimiyyətidən məlumat veriblər.
İcra Hakimiyyətindən bildiriblər ki, Eldar Əzizovun icra başçısı vəzifəsindən azad edilməsi tamamilə yanlış informasiyadır: “Yerli KİV-də yanlış məlumat yayılıb. Eldar Əzizov işdən çıxarılmayıb. O, iş başındadır”.
Qeyd edək ki, yerli KİV-də yayılan məlumata görə, Sumqayıtın icra başçsı Eldar Əzizov postundan azad edilib, o Bakının Nizami rayonuna rəhbər aparılıb. Digər məlumata görə, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın icra başçısı təyin olunub.
Short URL: http://www.cumhuriyyet.net/?p=30986