Habil Əliyev yenidən komaya düşdü

03.09.2015 - 10:35

habilXalq artisti Habil Əliyevin vəziyyəti yenidən ağırlaşıb. O, komaya düşüb.

Bunu ANS PRESS-ə kaman ustasının qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, atasını gecə saat 03 radələrində şiddətli ağrılar tutub və buna görə də danışmağı və nəfəs alması çətinləşib.

“Atam hazırda evdə müayinə edilir. Lakin vəziyyəti tamamailə ağırdır. Artıq xəstəxanaya da getmək istəmir. İstəyirik ki son anlarını bizimlə keçirsin.” – deyə Vəfa Əliyeva bildirib.

Hazırda Mərkəzi Klinik Xəstəxananın həkim kollektivi sənətkarın evində müayinə aparır.

Xatırladaq ki, 89 yaşlı kamança ustası Habil Əliyev səhhətində yaranan narahatlıqlara görə avqust ayının 15-də ürək və tənəffüz çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Xəstəxanada səhhəti normallaşan Habil Əliyev müayinəsini evdə davam etdirməsi üçün avqust ayının 22-də evə buraxılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=31089

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728