Yanğına görə tutulanların istintaqı yubanır

03.09.2015 - 10:57

yanqinBakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın ilə bağlı həbs edilmiş şəxslərin istintaq müddəti uzadılıb.

report.az xəbər verir ki, məhkəmə qərarı ilə onlar barəsində həbs-qətimkan tədbiri daha 4 ay müddətinə artırılıb.

Bu il mayın 19-da paytaxtın Azadlıq prospektində çoxmərtəbəli yaşayış binasında 15 insanın ölümünə səbəb olmuş yanğın hadisəsi ilə bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.

Binaların üzlənməsində istifadə olunan poliuretan məmulatını istehsal edən «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, «Global Construction» MMC-nin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilərək həbs olunublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=31097

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728