Eldar Əzizov Sumqayıtla vidalaşdı – FOTO

03.09.2015 - 12:18

eldar3Eldar Əzizov bu gündən Səbail rayonunun icra başçısı vəzifəsinin icrasına başlayacaq.

Bu barədə AzVision.az-a Səbail rayon İcra Hakimiyyətindən məlumat veriblər. Bildirilib ki, artıq təhvil-təslim işləri başa çatıb. Rayonun keçmiş icra başçısı Asif Əsgərov işçilərlə sağollaşıb: “Eldar Əzizov hələ ki, işə gəlməyib. Çox güman ki, bu gün işə başlayacaq. Asif Əsgərov bütün işçilərlə görüşüb, sağollaşıb. O postunu yeni icra başçısına təhvil verib”.

Əldə etdiyimiz məlumata görə, Sumqayıtın keçmiç icra başçısı Eldar Əzizov da bu gün işçilərlə iclas keçirərək vidalaşıb.

Qeyd edək ki, ötən gün prezident İlham Əliyevin imzaladığı sərəncamla Eldar Əzizov Sumqayıtın icra başçısı vəzifəsindən azad edilərək Bakının Səbail rayonuna təyinat alıb.

Ölkə başçısının digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. O, Nəsimi rayonuna başçı gətirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31138

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728