Mingəçevirin deputatı zəlzələnin fəsadlarından danışdı: “Otaqda lüstürün zəif tərpənişini hiss etdim”
Mingəçevirin deputatı Aydın Mirzəzadə bu gün baş verən zəlzələnin təmsil etdiyi rayonda yaratdığı fəsaddan danışıb.
Strateq.az xəbər verir ki, o, deyib ki, Mingəçevir rəhbərliyi ilə danışıb. Aydın olub ki, bəzi binaların otaqlarında çat əmələ gəlib: “Şəhər icra hakimiyyətinə, tanışlara zəng etdim. Hələ ki, dağıntılar və ağır fəsadlar barədə xəbər yoxdur. Həmin vaxtı Bakıda olduğum otaqda lüstürün zəif tərpənişini mən də hiss etdim”.
Short URL: http://www.cumhuriyyet.net/?p=31242