Sərhəd boyu döyüşlər: Ermənistan ordusunun hərbçisi yaralanıb
Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsurun Ovanisyan Azərbayanla sərhədin Tavuş vilayətindən keçən hissəsində sentyabrın 4-nə keçən gücə şiddətli atışmaların olduğunu təsdiqləyib.
Virtualaz.org “Azadlıq” radiosunun erməni xidmətinə istinadən xəbər verir ki, Ovanisyan bu atışmalarda Ermənistan ordusunun müqavilə əsasında xidmət keçən bir hərbçisinin yaralandığını deyib. Onun sözlərinə görə, əslində peşəkar nöqteyi-nəzərdən təmas xətti boyu baş verənləri müharibə adlandırmaq lazımdır.
“Ancaq ola bildiyi miqyasda və intensivlikdə yox. Hazırda biz genişmiqyaslı müharibə əlamətlərini görmürük”- Ovanisyan deyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=31293