Daha iki erməni hərbçisi məhv edildi
Bu gün saat 17:00 radələrində Dağlıq Qarabağdakı təmas xəttində daha iki işğalçı erməni hərbçisi məhv edilib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, bunlar müqavilə əsasında xidmət edən Marat Rudolfoviç Xaçanyan və Armen Vaçaqanoviç Stepanyandır.
Düşmən tərəf öz itkilərini artıq rəsmən təsdiqləyib. Xatırladaq ki, Azərbaycanın Müdafiə Nazirliyi cəbhə zonasında düşmənin son təxribatları zamanı itkilər verdiyini bildirmişdi.
Short URL: http://www.cumhuriyyet.net/?p=31341