İlham Əsgərovla vida mərasiminə icazə verilmir — NARAZILIQ

07.09.2015 - 10:18

ilham3Ötən gecə qəfil ürək tutmasından vəfat etmiş xalq artisti İlham Əsgərovla vida mərasiminin 33 il işlədiyi Akademik Milli Dram Teatrında keçirilməsinə icazə verilməyib

Bu barədə Ölkə.Az-a teatrın aktyorları məlumat veriblər. Bildirilib ki, direktor İsrafil İsrafilov sənətkarla vida mərasiminin teatrda olmasına qarşıdır:

“Nə “Azdrama”da, nə da Aktyor Evində vida mərasiminin keçirilməsinə icazə verilmir. Saat 12-nin yarısında Bakıdan çıxacağıq. İlham müəllim ata-baba yurdu olan Masallı rayonunun Xoşçobanlı kəndində dəfn ediləcək”.

Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, hələlik bu barədə qərar qəbul olunmayıb və yaxın bir saat ərzində bəlli olacaq.

Xatırladaq ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor 2000-ci ildə əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adı ilə təltif olunmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=31434

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728