Sevil Əliyeva Bakıya niyə gəlib?

07.09.2015 - 10:23

sevil2Mərhum dövlət başçısı HeydəƏliyevin qızı Sevil Əliyeva Bakıya gəlib. Sevil Əliyeva Bakıya gəlişinin səbəblərini atasının məzarını ziyarət etmək istəyilə izah edib. O, bildirib ki, Azərbaycana bir neçə günlüyə gəlib. 

“Azadlıq” yazır ki, Sevil Əliyevanın Bakıya gəlişinin başqa səbəbi də var.

Bildirilir ki, uzun illər Londonda yaşayan Sevil Əliyevanın Azərbaycana qəfil gəlişi mərhuməmisi Aqil Əliyevin oğlu Ilqar Əliyevlə bağlı yaranmış problemdir. Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə Ilqar Əliyevin sahibi olduğu dərman satışı ilə məşğul olun “Riad Farm” şirkətinin hüquqi sahibi Həsən Şərifovla icraçı direktoru Aqil Quliyev həbs olunub. Onlar Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. Iddialara görə, Ilqar Əliyev bu məsələ ilə bağlı əmisi oğlu olan ölkə başçısı Ilham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı onu qəbul etməyib. Bundan başqa məlumata görə, Ilqar Əliyevdən Baş Prokurorluqda tutduğu vəzifədən istefa verməsi barədə ərizə alınıb. Bildirilir ki, Sevil Əliyeva məhz bu məsələləri yoluna qoymaq üçün Bakıya gəlib.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=31437

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728