İsrafil İsrafilov məsuliyyəti nazirliyin üzərinə atdı — “Vida mərasiminin keçirilməsini mən həll etmirəm”

07.09.2015 - 13:00

israfilAkademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov dünən qəflətən dünyasını dəyişmiş xalq artisti İlham Əsgərovla 33 il işlədiyi teatrda vida mərasiminin keçirilməməməsinə münasibət bildirib

Direktor Ölkə.Az-a açıqlamasında deyib ki, bu onun səlahiyyətində olan məsələ deyil:

“Hazırda yas yerindəyəm. Teatrdan vida mərasiminin keçirilməsini mən həll etmirəm. Bu, nazirlik səviyyəsində olan bir şeydir. Yəqin indi belədir də. Hazırda təşkilatı işlərlə məşğulam, başım qarışıqdır”.
Xatırladaq ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrında işləyib. İstedadlı aktyor 2000-ci ildə əməkdar artisti, 2006-cı ildə xalq artisti fəxri adı ilə təltif olunmuşdu.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=31499

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031