Zakir Fərəcov kimləri işdən çıxarıb? – Sumqayıt İH-dən açıqlama

08.09.2015 - 11:41
Zakir FərəcovSumqayıt Şəhəri İcra Hakimiyyətində xeyli dəyişikliklər edilib.
Yeni başçı təyin olunan Zakir Fərəcovun icra hakimiyyətində yeni islahatlar və dəyişikliklər etdiyi deyilir. Hətta bəzi xəbər saytlarında 30 ilə yaxın icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləmiş Seyfəddin Rəhimovun da çıxarıldığı yazılıb.
Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Seyfəddin Rəhimov deyilənlərin yalan olduğunu bildirib: “Hazırda iş başındayam. Həmişəki kimi öz işimlə məşğulam. Deyilənlərin hamısı yalandır. Zakir müəllim çox yaxşı insandır. Əgər məsləhət bilsə gedəcəm. Amma bu günə kimi bununla bağlı mənə bir söz belə deməyib. Sadəcə bu xəbərləri məni istəməyən şəxs yazıb. Hətta dünən həmin şəxsi məhkəməyə verəcəkdim. Amma xahiş edildi deyə fikrimi dəyişdim. Ümumiyyətlə, bu cür xəbərləri yazanda ilk öncə araşdırmaq lazımdır. Məlumatı dəqiqləşdirmədən yazmaq düzgün deyil”.
Seyfəddin Rəhimov icra hakimiyyətinin digər şöbə müdirlərinin də çıxarılması məsələsinə münasibət bildirib: “Hələ ki, icra hakimiyyətində heç bir dəyişiklik yoxdur. Hamı iş başındadır”.
Qeyd edək ki, sentyabrın 2-də Prezident İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=31553

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728