Elmar Vəliyev o KƏLLƏni unutmadı? – İcra başçısından mərhum generala böyük sayğısızlıq

08.09.2015 - 13:00

rasimBu həftə polis generalı Rasim Musayev dəfn olundu. Mərasimdə başda daxili işlər naziri cənab Ramil Usubov olmaqla demək olar ki, DİN-in bütün rəhbər heyəti iştirak edib. Məlumat üçün bildirək ki, Rasim Musayev DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunmazdan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində işləyib. 2013-cü ildə Gəncənin icra başçısı Elmar Vəliyevlə aralarında yaranan mubahisədən sonra o öz xahişi ilə tutduğu vəzifədən azad olundu. O vaxt mətbuatda dərc olunan məlumatlara görə, Gəncə icra hakimiyyəti tərəfindən keçirilən tədbirdə şəhidlərin məzarını ziyarət edərkən Rusiyadan gələn şəhid ailəsinin üzvü olan bir xanım tədbirdə çıxış edərək Elmar Vəliyevin ünvanına kəskin ifadələr işlədib.

Həmin anda Elmar Vəliyev Gəncə Şəhər Polisinin o zamankı şefi Rasim Musayevə əmr edib ki, o qadını  saçından sürütdəyərək maşına basıb polis idarəsinə aparsın. Ancaq polis rəisi rədd cavabı verib. Tədbirdən sonra başçı polis rəisini, prokuroru otağına yığaraq orda polis rəisini söyüb və …əvəzində rəis tərəfindən bir kəlləyə məruz qalıb. …

Köhnə ədavəti unutmayan Elmar Vəliyev generalın dünənki dəfn mərasiminə öz nümayəndəsini göndərib ki, çəkiliş aparsın. Gəncə icra hakimiyyətinin Həsən adlı əməkdaşı generalın hüzür mərasimində iştirak edərək orada gizli çəkiliş aparıb. Həmin çəkiliş  “Whatsapp” vasitəsilə Gəncə icra başçısının 1-ci müavini Naqif Həmzəyevə göndərilib. O isə Elmar Vəliyevə göstərib. Dünən mərasimə qatılmaq istəyən Gəncə polis qarnizonunun işçilərinə Elmar Vəliyev tərəfindən qadağa qoyulub ki, bir adam mərasimdə iştirak etsə, Gəncəyə qayıtmasın. Elmar Vəliyev tərəfindən hədələndiklərinə görə Gəncə qarnizonunun əməkdaşları öz keçmiş rəisləri ilə vidalaşmağa gələ bilməyiblər. Çəkiliş vasitəsilə Elmar Vəliyevə hüzrdə Gəncədən kimlərin iştirak etdiyi məruzə olunub.

Redaksiyadan: Faiq Şabanova bir sual vermək istəyirik: Sizin naziriniz Elmar Vəliyevdi? Əgər belə deyilsə, dünənki mərasimdə Faiq Şabanov başda olmaqla Gəncə polis qarnizonu niyə iştirak etməyib? (qafqaznews)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=31581

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728