Sumqayıtda xidmət rəisinin müavini həbs edildi

09.09.2015 - 11:12

hebsSumqayıt Apellyasiya Məhkəməsində Ceyhun Əzməmmədivun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Məhkəmədə qərar elan edilib. Qərara görə, şikayət təmin olunmayıb.

İttiham aktına görə, C. Əzəmmədov «Azəriqaz» İstehsalat Birliyi Sumqayıt Qaz İstismarı Sahəsində xidmət rəisinin müavini – sahə ustası işlədiyi müddətdə Sumqayıt şəhəri Corat qəsəbəsi, 77-ci məhəllə, ev 155 ünvanında hamam otağında mövcud olan şəraitin normaların tələblərinə uyğun olmadığı halda su qızdırıcının istismarına yol verib və və qaz avadanlıqlarının istismar olunduğu şərait barədə Qaz İstismarı Sahəsinə düzgün məlumat verməyib. Bununla da «Qaz təsərrüfatında təhlükəsizlik qaydaları»nı «Yaşayış evlərində və ictimai binalarda daxili qaz avadanlığına texniki baxış və xidmətin aparılması üzrə təlimat»ı pozaraq işə laqeyd münasibəti göstərib. Nəticədə həmin ünvanda yaşayan  Severova Lyudmila İvanovna hamamda çimərkən dəm qazından zəhərlənərək ölüb. C. Əzməmmədov onun ölümünə səbəb olan səhlənkarlıq etdiyi üçün istintaqa cəlb olunub.

Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə C. Əzməmmədov 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin o, həmin hökmdən narazı qalaraq barəsində bəraət hökmünün çıxarılması üçün apellyasiya şikayəti ilə məhkəməyə müraciət edib.(apa)

Short URL: http://www.cumhuriyyet.net/?p=31634

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728