Azərbaycan hakimiyyəti Fransanın dövlət telekanalını məhkəməyə verir

10.09.2015 - 12:54

ilham2Azərbaycan hakimiyyəti Fransanın dövlət telekanalı “France 2”yə qarşı məhkəmə iddiası qaldırır.

Virtualaz.org saytı xəbər verir ki, barədə Azərbaycan hakimiyyətinin maraqlarını müdafiə edən vəkil Olivye Pradoya istinadən Fransa Beynəlxalq Radiostansiyası (RFİ), habelə “France Press” agentliyi bildirir.

Məhkəmə iddiasının qaldırılmasına səbəb telekanalın bu günlərdə efirə gedən “Cash İnvestigation” proqramında Azərbaycan prezidentinin ünvanına səslənmiş ifadələrdir.

Proqramda Azərbaycan “diktatura”, prezident Əliyev isə “despot” adlandırılır.

“Jurnalistlər Eliz Lyuse və Loran Rişar proqramın lap əvvəlindən Azərbaycanı dünyanın ən qəddar diktaturalarından biri kimi təqdim edir”- deyə fransalı vəkil Olivye Prado bildirib.

Fransa prezidenti Fransua Ollandın Azərbaycana 2014-cü ildə etdiyi səfərə həsr edilmiş proqram sentyabrın 8-də efirə gedib.

“Bütün proqram boyu heç bir sübut göstərilmədən Azərbaycan liderinin ünvanına “Qafqaz despotu” və “diktator” ifadələri işlədilir”- deyə vəkil izah edib.

Olivye Prado bildirib ki, Azərbaycan bundan sonra bu cür ittihamlara dözmək niyyətində deyil və ona böhtan atanlar barəsində məhkəməyə müraciət edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=31802

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728