Təhsil Nazirindən direktorlara rüşvət tapşırığı

14.09.2015 - 13:14
Mikayil_Cabbarov_201012a7“Qəbul imtahanlarının nəticələrinin yaxşılaşması ümumtəhsilin keyfiyyətinin yaxşılaşmasıdır”.
 
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında deyib. O qeyd edib ki, bu il uzun illərdən sonra elan olunmuş keçid ballarının endirilməsinə gedilməyib.
“Bilik səviyyəsi danışıqlar mövzusu ola bilməz. Bilik səviyyəsi var və ya yoxdur. Əgər yoxdursa təhsil səviyyəsinin bir pilləsindən digərinə keçiddən danışıla bilməz. Bu il TQDK-nın qəbul planının 85 faizdən çoxu yerinə yetirilib. Keçən illə müqayisədə bu il 700 nəfər daha az tələbə universitetlərə qəbul olub”.
Nazir deyib ki, təhsil sistemində mənfi mühiti formalaşdıran amillər var və bu mənfi mühiti formalaşdıran amillərin ilk sırasında korrupsiya, rüşvət halları gəlir. O, bu sahədə görülən işlərdən danışaraq hələ də əldə edilən irəliləyişin onu qane etmədiyini diqqətə çatdırıb: ”Təhsil Nazirliyi son bir neçə il ərzində korrupsiya ilə bağlı kadr dəyişiklikləri, islahatlar həyata keçirib. Birinci sinfə qəbulun elektronlaşdırılması, gənc müəllimlərin işə qəbulu, məktəb direktorlarının təyinatı bu işlər sırasına aiddir. Mən məktəb, nazirliyin şöbə və bölmə nümayəndələrini bu istiqəmətdə daha fəal, prinsipial olmağa çağırıram”.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=32160

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728