Avropa Parlamentindən Milli Məclisə ilk reaksiyalar

16.09.2015 - 11:43

AP“Biz 100-dən çox siyasi məhbusları olan Azərbaycanda insan haqlarının vəziyyətinin beynəlxalq hüquq normalarına ciddi şəkildə uyğunlaşdırılmasını istəyirik”.

Avropa Parlamentində Litvadan olan deputat Petras Austrevicius hesab edir ki, Milli Məclisin Euronest-I tərk etmək qərarı və Şərq Tərəfdaşlığı Proqramından imtina tövsiyəsi əslində özünütəcrid siyasətidir. Bu barədə Petras Austrevicius sentyabrın 15-də Azadlıq Radiosunun Brüsseldəki müxbiri ilə söhbətində bildirib.

O qeyd edib ki, Avropa Parlamentinin Azərbaycana dair ötən həftə qəbul etdiyi qətnaməyə Bakıdan bunun tam əksi olan reaksiya, həmin sənəddə səslənən problemlərin həllinə dair real addımlar gözləyirdilər:

Petras Austrevicius Milli Məclisin EuroNest-dən çıxma qərarına cavab verir (SƏS YAZISI)

“Tamamilə əksinə, biz Azərbaycan rəhbərliyindən başqa addımlar – problemlərin həllinə cəhdlər, dialoq, fikir mübadiləsi gözləyirik. Biz 100-dən çox siyasi məhbusları olan Azərbaycanda insan haqlarının vəziyyətinin fundamental azadlıqların təməl prinsiplərinə, beynəlxalq hüquq normalarına ciddi şəkildə uyğunlaşdırılmasını istəyirik. Məncə, Avropadan gələn siqnallara doğru reaksiya verməyin vaxtıdır.”

Litvalı deputat Petras Austrevicius

Litvalı deputat hesab edir ki, Azərbaycan rəhbərliyi Avropa Birliyi ilə tərəfdaş olduğunu göstərmək, bir yerdə işləyə bilmək üçün insan haqlarının vəziyyətində çox ciddi irəliləyişlərə nail olmalıdır:

“Biz mesajımızı çatdırmışıq ki, tərəfdaşımız olduğunu göstərməsi, birgə işləyə bilməyimiz üçün Azərbaycanın sadalanan problemlərin həllində çox ciddi irəliləyişlər etməsi lazımdır. Mən Bakının qəbul etdiyi qərarı təcrid olunma, Avropa məhkəmələrindən uzaqlaşma hesab edirəm. Əslində Azərbaycanın inkişafı üçün onun Avropa ilə əməkdaşlığına real alternativ görmürəm.”

Maja Kocijancic

Azərbaycan Milli Məclisinin sentyabrın 14-də keçirilmiş fövqəladə iclasının qərarına Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherininin sözçüsü Maja Kocijancic də reaksiya səsləndirib. Xanım Kocijancic Azadlıq radiosuna deyib ki, Aİ Milli Məclisin qəbul etdiyi qərar və oradakı tövsiyələrlətanışıb olub və əmindir ki, bundan sonra da İttifaqla Azərbaycan arasında əlaqələr və konstruktiv dialoq davam etdiriləcək.

“Biz Avropa İttifaqı olaraq Azərbaycanla əlaqələri və ikitərəfli münasibətlərimizi inkişaf etdirməyə hazırıq” – deyib Maja Kocijancic.

Sentyabrın 10-da Avropa Parlamenti insan haqlarının vəziyyətinə görə Azərbaycan hakimiyyətini kəskin tənqid edən qətnamə qəbul edib. Sənəddə hətta hazırda həbsdə olan jurnalist Xədicə İsmayılın araşdırmalarında qeyd olunan prezident ailəsinin qanunsuz biznesinə dair ittihamların araşdırılmasına çağırılır.

Sentyabrın 14-də Azərbaycanın Milli Məclisi fövqəladə iclasında həmin qətnaməyə cavab olaraq Euronest-i (Avropa Parlamenti və Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramına qoşulan Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna və Moldova deputatlarının iştirak etdiyi parlament qrupu – red.) tərk etmək barədə qərar qəbul edib. Milli Məclis həmçinin hökumətə Avropa Birliyinin Şərq Tərəfdaşliği Proqramından imtina olunmasını tövsiyə edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=32339

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031