Eldar Sabiroğlu prokurorluğa çağırıla bilər

17.09.2015 - 11:22

eldar2Siyavuş Novruzovun ittihamının araşdırılması müzakirə olunur

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) tanınmış simalarından olan Eldar Sabiroğlu prokurorluğa çağırıla bilər. Bu barədə “Azadlıq”a daxil olan məlumata görə, buna səbəb YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzovun açıqlamalarıdır.

Məlumat üçün deyək ki, Eldar Sabiroğlu partiyadaşlarını ünvansız tənqid edərkən Siyavuş Novruzov ona ad çəkməyi tövsiyyə etmişdi. Eldar Sabiroğlu da növbəti açıqlamasında Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevlə Siyavuş Novruzovu hədəf almışdı. Bundan sonra YAP-çı deputat Eldar Sabiroğlu barəsində kəskin ittihamlar səsləndirmişdi. O, hətta partiyadaşını vətənə xəyanətdə ittiham etmişdi. “Uzun müddət tüfeyli həyat sürən, özünə ünvan tapa bilməyən Eldar nəhayət, 7 ildən sonra hansısa yollarla Müdafiə Nazirliyinə gəlib çıxıb. Əslində, Eldar Sabiroğlunun mahiyyətini göz önünə aldıqda, onun Müdafiə Nazirliyindən də düşmənlərə hansısa məlumatları ötürməsini düşünməmək qeyri-mümkündür (Yeri gəlmişkən, Müdafiə Nazirliyinin səlahiyyətli şəxsləri bu məsələ ilə məşğul olsa, yaxşı olar). Çünki onun işi, xisləti məhz xəyanətdən və satqınlıqdan ibarətdir”, – deyə Siyavuş Novruzov vurğulamışdı.

Məlumata görə, YAP-çı deputatın Eldar Sabiroğlunu düşmənə məlumat ötürməkdə ittiham etməsi və Müdafiə Nazirliyinin bu məsələni araşdırmağa çağırması prokurorluğun diqqətini çəkib. Bildirilir ki, bu məsələnin araşdırılması müzakirə olunur və mümkündür ki, yaxın vaxtlarda Eldar Sabiroğlu prokurorluğa çağırılsın.

Short URL: http://www.cumhuriyyet.net/?p=32438

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728