Sumqayıtda məktəb direktoru işdən çıxarıldı? – AÇIQLAMA
Xeberle.com məlumat verir ki, yayılan informasiyalara görə, Sumqayıt şəhər 12 saylı məktəbin direktoru Mətanət Abdullayeva tutduğu vəzifədən uzaqlaşdırılıb. Bildirilirdi ki, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov məktəb direktorunu fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarıb.
Məlumat ötən həftə sonu yayıldığından və iş günü olmadığından dəqiqləşdirə bilmədik.
Bu gün isə yayılan xəbəri dəqiqləşdirmək üçün 12 saylı məktəblə əlaqə saxladıq. Telefon zənginə M. Abdullayeva cavab verərəkbildirdi ki, o, iş başındadır və vəzifəsini icra edir: “Hazırda işdəyəm və çıxarılmamışam.”
M. Abdullayeva işdən çıxarıldığını etiraf etməsə də, Xeberle.com-a daxil olan məlumata görə direktor işdən çıxarılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=33848