Rayon maşınlarını Bakıda cərimələməyə başladılar – RƏİS TAPŞIRIB

07.10.2015 - 13:28

dypYol polisi Nazirlər Kabinetinin qərarını öz bildiyi kimi icra edir.

Rayon qeydiyyatında olan avtomobillərlə bağlı qadağalar sürücülər arasında narazılıq yaradıb. Rayonlardan Bakıya gələn avtomobillərin müəyyən vaxt ərzində paytaxta buraxılmaması ilə bağlı Nazirlər Kabineti yanında Yol hərəkəti Təhlükəsizliyi Komissiyasının müvafiq qərarını Dövlət Yol Polisi öz bildiyi kimi icra etməyə başlayıb. Avtosfer.az-a son günlər müraciət edən bir neçə sürücü bildirib ki, Bakıda rayon qeydiyyatında olan avtomobillər yol polisi tərəfindən saxlanılır və onları cərimə ilə hədələyirlər. Hətta iş o yerə çatıb ki, rayon nömrəli maşınları yol polisləri cərimə meydançasına aparırlar. DYP əməkdaşları sürücülərə açıq-aşkar bildirirlər ki, rayon maşınlarının saxlanılması barədə göstərişi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polkovnik Nüşrəvan Səfərov verib. Son bir həftə ərzində yüzlərlə belə maşın saxlanılaraq DYP-nin cərimə meydançalarına aparılıb. Lakin yol polisinin həmin sürücülərə hansı qanunla və hansı maddə ilə cərimə yazdığı müəmmalı olaraq qalır. Nə “Yol hərəkəti haqqında” qanunda, nə İnzibati Xətalar Məcəlləsində və də Nazirlər Kabineti yanında Yol Hərkəti Təhlükəsizliyi Komissiyasının bununla bağlı hər hansı qərarı var. Rayon maşınları Bakıya gecələr daxil olur, Bakıda yşayanlar arasında da rayon qeydiyyatında olan avtomobil idarə edənlər var. Sürücülər bildirir ki, rayon maşınlarının saxlanılmasına ən çox Binəqədi rayona ərazisində rast gəlinir: “Rayon maşınları ilə Bakıya gələnlər xeyir-şər məclislərinə qatılmaq üçün gecə gəlirlər ki, gündüz öz işlərinin arxasınca gedə bilsinlər. Yol polisi də bizi saxlayıb maşını cərimə meydançasına apırır. Müəyyən məbləğdə “cərimə” aldıqdan sonra axşam maşını buraxırlar. Həm də tələb edirlər ki, rayon nömrəsi ilə olan maşınları ancaq gecələr Bakıda sürmək olar”.

Bir daha qeyd edirik ki, nə qanunlarda, nə də Komissiyanın qərarında Bakıda idarə olunan rayon qeydiyyatlı maşınların cərimələnməsi və ya cərimə meydançasına aparılması barədə heç bir göstəriş yoxdur. Bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də Avtosfer.az-a bir neçə gün əvvəl verdiyi açıqlamada təsdiq edib. O bildirib ki, rayon maşınları ilə bağlı qadağa yalnış həmin avtonəqliyyat vasitələrinin təyin olunmuş vaxtlarda Bakıya buraxılmaması ilə bağlıdır.

Sürücülərin daha bir narazılığı Sumqayıtdan gələn maşınlarla bağlıdır. Bildirilir ki, bir neçə gündür yol polisləri Sumqayıtdan Masazıra, Xırdalana gələn maşınları da postdan buraxmır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=34168

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2024
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031