Aynar Məmmədovun həbsi təsdiqləndi -FOTOLAR

12.10.2015 - 12:56

aynar2Dünən gecə Ziya Məmmədovun qardaşı oğlu, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus “Nar Cafe”sində xüsusi təyinatlılar tərəfindən əməliyyat keçirilməsi və oradakı bütün heyətin həbsi ilə bağlı məlumat təsdiqini tapıb.

“Qafqazinfo”nun əməkdaşı sözügedən xəbəri dəqiqləşdirmək üçün”Nar Cafe”yə baş çəkib.

Məlum olub ki, kafenin qapısı açıq olsa da, fəaliyyət göstərmir. Kafedə olan bir neçə xidmətçi əməkdaşımızla söhbətdə dünən belə bir əməliyyatın keçirildiyini təsdiqləyiblər. Onlar bildiriblər ki, Aynar Məmmədov başda olmaqla kafedə olan bütün şəxslər həbs olunuraq aparılıblar. Hətta kafenin İbrahim adlı administratoru da saxlanılanlar arasındadır. Kafenin texniki avadanlıqları, o cümlədən telefonlar da əməliyyatçılar tərəfindən götürülüb. Xidmətçilər həmçinin qeyd ediblər ki, kafe açıq olsa da, artıq müştəri qəbul etmirlər.

Xatırladaq ki, kafedəki əməliyyatın qanunsuz kazinonun fəaliyyət göstərməsi ilə bağlı həyata keçirildiyi bildirilir. Əməliyyatın MTN, yoxsa “Bandotdel” tərəfindən yerinə yetirildiyi isə hələ ki, açıqlanmayıb.

Bu barədə DİN-dən hələlik heç bir informasiya əldə edə bilinməyib. Eyni zamanda redaksiya Elton Məmmədovla da əlaqə yaratmağa çalışıb, deputat da zəngləri cavabsız buraxıb.

Murad Əhməd

Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar
Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar
Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar
Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar
Aynar Məmmədovun həbsi təsdiqləndi -  Fotolar

Short URL: http://www.cumhuriyyet.net/?p=34632

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031