Elçin Qasımova 30 sutka həbs verildi

06.11.2015 - 15:13

elcinMüsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımov barəsində məhkəmə qərarı çıxarılıb.

Vəkil Cavad Cavadov APA-ya açıqlamasında bildirib ki, E.Qasımov bu gün Sabunçu Rayon Məhkəməsində İnzibati Xətalar Məcəlləsinin 310-cu (polisə müqavimət) maddəsi ilə təqsirləndirilərək 30 gün müddətinə azadlıqdan məhrum edilib.

Vəkil həmçinin qeyd edib ki, E.Sadıqovla bərabər saxlanılan digər şəxslər barəsində də məhkəmə müxtəlif müddətlərə inzibati həbs qərarı çıxarıb.

Qeyd edək ki, ötən gecə Müsəlman Birliyi Hərəkatı adlı təşkilatın sədr müavini Elçin Qasımovun polis tərəfindən saxlanılmasına etiraz edən dindarlar Sabunçu RPİ-nin Bakıxanov qəsəbəsində yerləşən inzibati binasının qarşısına toplaşıblar. E.Qasımovun azad olunmasını tələb edən şəxslər polisin ərazidən uzaqlaşmaq barədə tələbinə məhəl qomayıblar. Nəticədə polislə dindarlar arasında qarşıdura olub. Bir neçə polis əməkdaşı xəsarət alıb, bir neçə dindar isə saxlanılıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=38067

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728