Nazirlik Tovuzda 3 güllə ilə vurulan əsgərlə bağlı məlumat yaydı

09.11.2015 - 15:54

mnMüdafiə Nazirliyi Tovuzda ölən əsgərlə bağlı məlumat yayıb.

Nazirliyin yaydığı xəbərdə bildirilir ki, 2015-ci ilin aprel ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsindən hərbi xidmətə çağırılmış Silahlı Qüvvələrin hərbi qulluqçusu, 1996-cı il təvəllüdlü əsgər Siraclı Məhəmməd Malik oğlunun ölümü ilə bağlı Qazax Hərbi Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Nazirlyin məlumatında qeyd edilir ki, baş vermiş hadisə ilə bağlı ictimaiyyətə dəqiq məlumatın çatdırılması məqsədilə müvafiq qaydada Müdafiə Nazirliyi və Hərbi Prokurorluq birgə tədbirlər həyata keçirir: “Lakin bəzi kütləvi informasiya vasitələri tələskənliyə yol verərək qeyri-dəqiq, rəsmi təsdiqlənməyən məlumatlar yaymaqla ictimaiyyətdə yanlış təsəvvürün yaranmasına səbəb ola bilər. Buna görə də Silahlı Qüvvələr haqqında verilən xəbərlərin Müdafiə Nazirliyi ilə dəqiqləşdiriləməsi bir daha tövsiyə olunur”.

Qeyd edək ki, əsgərin yaxınları bildiriblər ki, Məmməd Siraclının kürəyində 3 güllə yarası olub. Onun özünü öldürməsi ilə bağlı səsləndirilən iddiaları qəbul etməyən ailə bildirir ki, 19 yaşlı əsgər güllələnərək öldürülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=38298

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031