Akif Çovdarovun qollarındakı qandalla bağlı ilginc ŞƏRH: “sındırın” əmri verilib?
Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun həbs olunma xəbəri və onun qollarına qandalın vurulmasını əks etdirən fotonun yayılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Akif Çovdarovun qandallanması sosial şəbəkədə o dərəcədə məmnunluq yaradıb ki, insanlar general paqonu kölgəsinə sığınaraq reketlik etmiş, neçə-neçə adama gizli həbsxanalarında amansız işgəncə vermiş, günahsızları şərləyib həbsə atdırmış, iş adamlarını təhdid və şantaj yolu ilə talamış bu şəxsə nifrətini açıq-aydın yazmaqla ürəyini boşaldır, təsəlli tapmağa çalışır
Modern.az saytının məlumatına görə, Akif Çovdarovla bağlı sosial şəbəkrədə müzakirə olunan mövzulardan biri də onun qollarının arxadan deyil, qabaqdan qandallamasıdır. Şəkildən də görünür ki, generalın qolu daldan qandallanmayıb. Halbuki, normalda qandal qollar arxadan çatılaraq, biləyə taxılır.
Bəs Çovdarovun qollarının öndən qandallanmasını necə izah etmək olar? Uzun müddət həbsxanada yatmış “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı bildirir ki, qollarını arxadan yox, qabaqdan qandallamaqla generala hörmət ediblər: “Qandal normalda arxadan – qollar arxadan çatılaraq vurulmalıdır. Yalnız hörmətli dustaqlara, çəkindiklərinə, pul aldıqlarına, “pristupnıy mir”in adamlarına qandalı qabaqdan – Akif Çovdara vurduqları kimi vururlar…”.
Ə.Zeynallının sözlərinə görə, hər necə də olsa, general Akif Çovdarov paqon adamıdır və onun qoluna qandal vuranlar eks-MTN-çini sındırmaq istəməyiblər. “Deməli, hələ ki “sındırın” əmri yoxdur. İçəridə vəziyyəti yaxşı olacaq”. Bununla yanaşı, baş redaktor istisna etmir ki, indiyədək Akif Çovdarovun agenti olanlar indi onu satmaq üçün yarışa giriblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=39179