Azərbaycanda iki nazirliyin 30 əməkadaşı vəzifədən azad olunub

16.11.2015 - 11:35

nazirlikBu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin 30 əməkdaşı yaş həddinə görə vəzifədən azad olunub.

Bu barədə “Report”un sorğusuna cavab olaraq adıçəkilən nazirliklərin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyin mətbuat xidmətindən bildirilib ki, nazirlikdə əmək qanunvericiliyinin tələblərinə ciddi formada əməl edilir: “Əmək Məcəlləsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Bu ilin ötən dövrü ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 27 əməkdaşı yaş senzinə görə işdən azad olunub”.
Məlumatda qeyd olunub ki, 65 yaşa çatan işçinin dövlət müəssisəsində çalışma müddətini müvafiq dövlət orqanının rəhbəri hər dəfə 1 ildən çox olmayaraq uzada bilər: “Nazirliyin bir neçə əməkdaşının 65 yaşı tamam olmasaına baxmayaraq, tutarlı səbəblərdən onların işdə qalmaları müəyyən müddətə uzadılıb”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin ötən dövründə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş senzinə çatan nazirliyin 3 əməkdaşının əmək müqaviləsinə xitam verilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39296

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728