Eldar Mahmudovla Sevindik Hətəmovun 2 saatlıq görüşü
Nəqliyyat naziri Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılması ilə bağlı xeyli müddətdir ölkə mətbuatı sistemli olaraq məqalələr dərc edir. Son bir neçə ayda isə nazirin səlahiyyətlərinin məhdudlaşdırılıması onun tərəfdarları arasında ciddi çaşqınlıq yaratmışdı.
Ziya Məmmədovun bir müddət xaricdə olması, onun ölkədən qaçması ilə bağlı dolaşan xəbərlər nazirə yaxın məmurları ondan uzaqlaşmağa, özlərinə yeni “krışa” axtarmağa məcbur etmişdi.
Yardımlının icra başçısı Sevindik Hətəmovun da nəqliyyat nazirinin “kadr”ı olması heç kimə sirr deyil.
Bizimxeber.az-a mmötəbər mənbədən daxil olan məlumata görə, Hətəmov nəqliyyat nazirinin vurulacağını düşünüb milli təhlükəsizlik naziri Eldar Mahmidova yaxınlaşmaq qərarına gəlib. Elə buna görə də, sonuncu Eldar Mahmudovun yaxın adamlardından biri ilə 2 saatlıq görüş baş tutub. Və məsələ öz həllini tapıb. Eldar Mahmudov Hətəmova söz verib ki, yaxın vaxtlarda onu Bakının rayonlarından birinə icra başçısı təyin etdirəcək.
Mənbə bildirir ki, “beh” məsələsi də həll olunmuşdu. Ancaq atalar demişkən, sən saydığını say, gör fələk nə sayır…
Short URL: http://www.cumhuriyyet.net/?p=39308