Fransanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndiriləcək

16.11.2015 - 14:49

fransa2Fransanın Azərbaycandakı səfirliyində təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Bu barədə Report-a səfirliyin mətbuat xidmətindən məlumat veriblər.

Daha öncə Fransa Parisdə baş verən terror aktına görə ölkə xaricindəki diplomatik missiyalar, məktəblər, mədəniyyət mərkəzlərində təhlükəsizlik tədbirləri gücləndirildiyini elan etmişdi.

Xatırladaq ki, noyabrın 13-ü, axşam naməlum şəxslər restoranların birində atəş açıb, futbol üzrə Fransa və Almaniya milli komandalarının oynadığı və Fransa prezidenti Fransua Ollandın da canlı izlədiyi “Stade de France” stadionu yaxınlığında üç partlayış törədib.

Üstəlik, “Bataclan” teatrındakı rok-konsertdə naməlum şəxslər məkanda olanları girov götürüb. İlkin məlumatlara görə, Parisdəki ardıcıl terror aktları nəticəsində 120-150 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.

Fransada üç günlük matəm elan edilməsi ilə əlaqədar olaraq, bu ölkənin Bakıdakı səfirliyində bayraqları endirilib, həftə ərzində başsağlığı kitabı açılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=39402

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728