Akif Çovdarovu “kanvoylar” məhkəmədə “sındırdı”: sən daha dustaqsan, general yox

17.11.2015 - 00:34

Bakı Apelyasiya Məhkəməsi sabiq rəisin 3 aylıq həbsdə qalacağını təsdiqlədi

rrMTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov Səbayel Rayon Məhkəməsinin barəsində çıxardığı 3 aylıq həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün apelyasiya şikayəti verib.

Etibarlı mənbədən “Yeni Müsavat”a daxil olan məlumata görə, A.Çovdarovun şikayətinə qapalı keçirilən məhkəmə iclasında baxılıb və sabiq rəisin şikayəti təmin olunmayıb. Qaynağımız deyib ki, A.Çovdarov Bakı Apelyasiya Məhkəməsində dustaqlar üçün saxlama yerinə aparılarkən məhkəmə nəzarətçilərindən ona xüsusi münasibət sərgimələrini tələb edib. Həddən artıq əsəbi olan və yuxusuz görünən A.Çovdarov general olduğunu xatırladaraq nəzarətçiləri hədələyib. Nəzarətçilər isə sabiq rəisə xatırladıblar ki, onlar üçün dustağın həbsinə qədər hansı vəzifəni daşıması o qədər də əhəmiyyət kəsb etmir.

Əli qandallı A.Çovdarov konvoyun müşayiəti Bakı İstintaq Təcridxanasına qaytarılıb. A.Çovdarov Cinayət Məcəlləsinin 308.2, 309.1, 302.2-ci və 311-ci maddələri ilə təqsirləndirilib. MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbs edilmiş sabiq əməkdaşları da A.Çovdarovun əleyhinə ifadə veriblər. Bundan əvvəl MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin idarə rəisi Akif Əliyev, şöbə rəisi Orxan Osmanov, həmçinin Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Natiq Alıyev və Zaur Məmmədov barəsində də həbs-qətimkan tədbiri seçilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39462

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728