İnterpoldan imtina: Daşqın Gülməmmədov axtarılmayacaq

17.11.2015 - 14:16

dasqin2Rusiya və Gürcüstan tərəfindən haqqında dövlətlərarası axtarış elan edilən, Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədovun beynəlxalq axtarışından imtina edilib.
Publika.az xəbər verir ki, İnterpolun Mərkəzi Katibliyi Polşa Qarapapaq Türkləri Birliyinin (PQTB) sədri Yan Yadigarovskinin sorğusuna cavabında bu barədə bildirilir.

Y. Yadigarovski deyib ki, Gürcüstanın DİN Mərkəzi Kriminal Polis Departamentinin və Ədliyyə Nazirliyi Baş Prokurorluğunun rəsmi sorğusuna baxmayaraq, İnterpol Daşqın Gülməmmədova qarşı ittiham siyasi motivli olmasını və İnterpol Əsasnaməsinin 2-ci maddəsinə zidd olduğu üçün beynəlxalq axtarışından imtina edilib. “Artıq Daşqın Gülməmmədov Avropa Birliyi ərazisində axtarışda deyil”.

Məsələ ilə bağlı İnterpolun Ukrayna Milli Mərkəzi Bürosunun rəisi, general-mayor Vasili Nevolya Ukrayna Təhlükəsizlik Xidmətinə (SBU) rəsmi məktub təqdim edib.

Məktubda qeyd edilir ki, UQTMŞ sədri Daşqın Gülməmmədov barəsində İnterpolun məlumat bazasında beynəlxalq axtarış yoxdur. Axtarış yalnız Rusiya Daxili İşlər Nazirli Mərkəzi İnformasiya Analitik Mərkəzinin, Gürcüstan DİN və Dövlət Təhlükəsizlik Agentliyinin və bəzi Yaxın Şərq ölkələrinin məlumat bazasındadır.

Qeyd edək ki, D. Gülməmmədov milli ayrı-seçkilik salmaqda və irqçilikdə günahlandırılır və barəsində Rusiya və Gürcüstan tərəfindən 12 noyabrda dövlətlərarası axtarış elan edilib. Rusiya DİN-in D. Gülməmmədov haqqında elan etdiyi dövlətlərarası axtarış barədə informasiyanı, Moskva Basmannıy Rayonu Dairə Məhkəməsinin qətnaməsi və RF Federal Təhlükəsizlik Xidməti Kollegiyasının qərarı Rusiya, Qazaxıstan, Ermənistan, Belorus, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Gürcüstan, həmçinin MDB-dən kənar İsveçrə Konfederasiyası, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Misir, Rumıniya, Macarıstan, İspaniya, İran, Fransa, Kanada, Çin, Şimali Koreya, Suriya, Mərakeş və Maltanın DİN, xüsusi xidmət qurumlarının və Sərhəd Xidmətlərinin məlumat bazasına yerləşdirib.

Short URL: http://www.cumhuriyyet.net/?p=39635

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728