Həbs edilən Aparat rəhbəri ev dustaqlığına buraxılacaqmı?

19.11.2015 - 12:29

vidadiAzərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həbs edilən Aparat rəhbəri Vidadi Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət qaldırılacaq.

“Trend”in əldə etdiyi məlumata görə, yaxın günlərdə müdafiə tərəfi vəsatəti məhkəməyə təqdim edəcək.

Qeyd edək ki, Səbayel Rayon Məhkəməsinin qərarı ilə V.Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. V.Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=40104

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728