Nardarandakı atışmada yaralananların sayı açıqlandı
Nardarandakı atışma zamanıyaralanan 3 nəfər 3 saylı Klinik Xəstəxanasına yerləşdirilib. Bu barədə virtualaz.org-a xəstəxananın baş həkimi Fikrət Zeynalov məlumat verib.
Baş həkimin sözlərinə görə, onların hər üçünün vəziyyəti ağırdır, odlu silahdan açılan atəşlə yaralanıblar. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılıb. Əməliyyat başa çatsa da, yaralının vəziyyəti kritik olaraq qalır. Qalan iki yaralının üzərində cərrahiyyə əməliyyatı davam edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=41356