Nardaranda aksiya keçirilir – SON DƏQİQƏ

26.11.2015 - 15:44

nardaranNardaranda xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Əməliyyat zamanı silahlı insident yaşanıb. Hadisə nəticəsində xeyli sayda yaralı Sabunçu Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralıların hamısı gənclərdir, onlardan birinin üzərində təcili əməliyyat aparılır.

Sabunçu rayon Polis İdarəsindən əməliyyat keçirildiyini təsdiqləyiblər.

APA-nın hazırda xəstəxananın qarşısında olan əməkdaşı xəbər verir ki, xəstəxanaya çatdırılan zaman həlak olan şəxs polis əməkdaşıdır. Məlumata görə, hadisə nəticəsində daha bir neçə polis əməkdaşı yaralanıb. Bildirilir ki, əməliyyat zamanı polisə silahlı müqavimət göstərilib.

Bizimyol.info-nun əməkadaşının hadisə yerindən verdiyi məlumata görə Nardaranda keçirilən xüsusi əməliyyat sonrası sakinlər kəndin meydanına toplaşaraq, etiraz aksiyası keçirməyə hazırlaşırlar.

Short URL: http://www.cumhuriyyet.net/?p=41373

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31