Nardaranda atışma olan evdən reportaj – VİDEO

27.11.2015 - 10:45

nardaran4Əməliyyat kənd sakini Əbülfəz Bünyatovun evində baş verib. Bünyatovun xanımı jurnalistlərə deyib ki, onlar Məhərrəmliyin 40 mərasiminə hazırlıq görürmüşlər. Noyabrın 26-da ehsan verilməli imiş. Bu məqsədlə Hacı Tale Bağırzadə də qonaq kimi dəvət edilib. Lakin namaz vaxtı qəflətən Çevik Polis Alayının əməkdaşları və maskalılar evə basqın ediblər: “Heç bilmirəm hadisə necə oldu. Qəflətən evə hücum etdilər. Səs bombasından, güllədən istifadə etdilər”.
Hadisə yerində olan kənd qadınları deyir ki, əməliyyatçılar Ə.Bünyatovun evində kimisə axtarıblar. Nəticədə mənzilin içərisi dağıdılıb. Divarda, pəncərə və şkafda güllə izləri var.

“Bizi vəhhabi, İŞİD-çi bilirlər, ona görə üstümüzə gəliblər. Polislər hətta qadınlara da əl qaldırdılar” – bunu kənddəki qadınlardan biri deyir.

“Belə getsə, biz qadınlar da ayağa qalxacağıq. Nardaranın kişiləri necə cəsarətlidirlərsə, qadınları da o cürdür. Bizə niyə bu cür davranırlar? Biz ibadətdən başqa nə edirik? Onlar bizim çadramızın açılmasını istəyirlər. Amma biz bunu etməyəcəyik” – kənd sakinlərindən olan başqa bir qadın deyir.

Əməliyyat zamanı kənd sakinlərinin silahdan istifadə etmədiyini deyən qadınlar polislərin nardaranlılar tərəfindən öldürülmədiyini deyirlər: “Bizim kənddə heç kimdə silah yoxdur. Polisləri bizimkilər öldürməyib”.(meydan tv)

Short URL: http://www.cumhuriyyet.net/?p=41456

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31