Nardaranda həlak olan çempionun – Videosu
Nardarandakı toqquşmada həlak olan polismayoru Vüqar Nəsibov uşu-sanda idman növü üzrə dünya çempionu imiş.
Axar.az xəbər verir ki, o, 2012-ci ildə İtaliyada keçirilən dünya çempionatında qızıl medal almasından sonra Bakıya qayıdarkən jurnalistlərə açıqlama verib.
V.Nəsibov Rusiya idmançısı ilə ağır döyüşündən danışıb və çempionluğu qazandığını təvazökarlıqla qismət kimi dəyərləndirib.
Həmin dövrdə dünya çempionu Akkord ASC-nin əməkdaşı kimi yarışda iştirak edib. O, kikboksinq idmanı ilə də məşğul olub.
1975-ci il təvəllüdlü mayor V.Nəsibov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı idi. İki övladı var.
Mərhum polisin II Fəxri Xiyabanda dəfn ediləcəyi barədə məlumat yayılıb.
Qeyd edək ki, noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb.
Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb. İki polis əməkdaşı həlak olub. Yaralanan polis əməkdaşları DİN-in hospitalında müalicə alır.
Həlak olan polisləri Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə şəhid elan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=41500