Akademikin ölümünün təfərrüatları: telefonla köməyə adam cağırmaq istəyib

27.11.2015 - 14:15

tofiq2Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyevin ölümünün təfərrüatları məlum olub.

Mərhumun yaxınlarının “Trend”ə verdiyi məlumata görə, mərhum akademik həyat yoldaşı Tamara Hacıyeva ilə birlikdə bu gün səhər saatlarında dəm qazından zəhərlənib. Xəstəxanaya yerləşdirilən T.Hacıyevanın vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, T.Hacıyev ölən zaman əlində mobil telefon olub. Deyilənə görə, o, özü telefonla köməyə adam cağırmağa cəhd etsə də, mümkün olmayıb. Mənzilin qapısı bağlı olduğundan onları xilas etmək istəyən FHN işçiləri qapını sındırmaqla icəriyə daxil olublar.

T.Hacıyev institutun Elmi Şurasının iclasında iştirak etməyə getməyə hazırlaşırmış. Bu gün həm də T.Hacıyevin nəticəsi – yeganə oğlu, fizika üzrə fəlsəfə elmləri doktoru Azər Hacıyevin nəvəsinin 5 yaşı tamam olurdu. T.Hacıyev həyat yoldaşı ilə birlikdə bu gün həm də həmin məcslidə iştirak etməli imişlər. T.Hacıyevin bir oğlu isə bir necə il əvvəl dənizdə boğularaq dünyasını dəyişib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, Bakı şəhəri, Yasamal rayonunda mənzildə 2 nəfər bağlı qapı arxasında qalib.r. Hadisə yerinə cəlb edilmiş xilasedicilər mənzilin giriş qapısını açmış, 1936-cı il təvəllüdlü Hacıyev Tofiq İsmayıl oğlunun cəsədi və 1 nəfəri huşsuz vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil verilmişlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=41547

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31