Telejurnalist Təranəni saxlayan polislərə cəza istəyir – VİDEO

30.11.2015 - 13:37

qenire“Ora gəlib qapını açmayan kişi isə sağ olsun”.

Telejurnalist Qənirə Ataşova prodüser Təranə Səmədovanın içkili vəziyyətdə polislər tərəfindən saxlanılması ilə bağlı yayılan videoya fərqli reaksiya verib.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan Q. Ataşova bildirib ki, görüntülərdə prodüserin içkili olduğu görünmür:

“Düzdür, böyük ehtimalla o qanunu pozub, amma polis də çox kobud davranıb. Adam yalvarıb deyir ki, buraxın, oturacam. Amma polis əməkdaşı kobudluğundan qalmır.

Bir qadına qarşı göz önündə bunu edənlər görün dalda nələr edir. Məncə, o polislər də məsuliyyətə cəlb olunmalıdır. Təranə də haqqını məhkəmədə axtara bilər.

Qanunla Təranə yerindəcə cərimələnməli idi. Onu kameraya çəkib şəxsiyyətini alçaltmaq nəyə gərək idi? Ora gəlib qapını açmayan kişi isə sağ olsun.

Kim olduğunu özü göstərdi. Son olaraq bildirirəm ki, bizim qadınlara siqaret və içki yaraşmır. Gül kimi dəyərlərimiz var. Onları qoruyaq”.

Sözügedən kadrları bir daha təqdim edirik:

Short URL: http://www.cumhuriyyet.net/?p=41920

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31