İran deputatından təxribatçı Nardaran çağırışı: “Fəallaşın”

01.12.2015 - 16:14

mensurİran parlamentinin Təhlükəsizlik və Xarici Siyasət Komissiyası sədrinin müavini Mənsur Həqiqətpur Azərbaycanın Nardaran qəsəbəsinin sakinlərini polislə silahlı qarşıdurmadan sonra fəallaşmağa çağırıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə, İran hakimiyyətinə bağlı iran.ru agentliyi məlumat yayıb.

M.Həqiqətpur birmənalı olaraq belə deyib: “Azərbaycanın hakimiyyət orqanları regiondakı diktatorların aqibətindən ibrət dərsi almalıdır”.

Komissiya sədrinin müavini onu da bildirib ki, Azərbaycan bir tərəfdən, “homoseksuallara azadlıq verir, digər tərəfdən isə şiələrə qarşı zorakılıq edir”. Onun sözlərinə görə, belə hərəkətlərin “pis nəticələri olacaq”.

Qeyd edək ki, ekspertlərin mütləq əksəriyyəti Nardaran hadisələrinin arxasında “İran izləri”nin olduğunu təxmin edir. İranın yüksək rütbəli məmurlarından birinin bu ölkənin hökumət saytında yayılmış bəyanatı isə bir daha sübut edir ki, rəsmi Tehranın əsasən islamçı ekstremistlərin nəzarətində olan bu qəsəbədə baş verənlərdə, burada gərginliyin artmasında iştirakı var.

Short URL: http://www.cumhuriyyet.net/?p=42239

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31