“Azəriqaz”: “Nardaranlılar işçilərimizi döyməsələr…”

01.12.2015 - 17:47
nardaran11SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Bakının Nardaran qəsəbəsinin sakinləri ilə ötən illər ərzində böyük problemlər yaşayıb.
“APA-Economics”in məlumatına görə, bunu “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev deyib.
Ə. Hacıyevin sözlərinə görə, qəsəbə sakinlərinin müraciəti ilə qəsəbəyə yeni sayğaclar quraşdırılıb: “Əvvəllər Nardarana bir istiqamətdən qaz verilirdisə, hazırda təchizat üç istiqamət üzrə aparılır. Lakin ötən il xaricdən alınan bahalı sayğaclar kənd sakinləri tərəfindən sındırılıb. Bu səbəbdən biz bu ilin yay ayından etibarən təbii qazın təchizatını dayandırdıq. “Azəriqaz”ın əməkdaşları Nardaran qəsəbəsinin sakinləri tərəfindən dəfələrlə təzyiqə məruz qalıb, döyülüb. Dünəndən etibarən sayğac sisteminin vəziyyətinə baxış başlanılıb. Məhz bundan sonra sayğacın neçə sındırıldığı müəyyən ediləcək. Dünəndən etibarən “Azəriqaz”ın əməkdaşları qəsəbəyə gəlib və sakinlərlə müvafiq müqavilələr imzalayırlar. Müqavilənin şərtləri ilə razılaşan sakinlər qazla təmin olunur. Əgər qəsəbə sakinləri bizim əməkdaşlarımızı təhqir etməyəcəksə, döyməyəcəksə, biz onları təbii qazla təmin edəcəyik. Onlarda Azərbaycan Respublikasının vətəndaşlarıdır. Amma biz işçilərimizi də riskə ata bilmərik”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42277

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31