Əli Laricani: “Nardaranda baş verənlər Azərbaycanın daxili işidir”

01.12.2015 - 17:52

eli“Azərbaycanın daxilində baş verən hər bir hadisə bu dövlətə aiddir”. APA-nın İran bürosunun məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında İranın parlament sədri Əli Laricani Nardaranda baş verən hadisələrə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, İran və Azərbaycan arasında dost və qardaşlıq əlaqələri mövcuddur: “Hər iki ölkə uzun illərdir ki, mehriban qonşuluq və dostluq şəraitində yaşayır. Biz eyni adət və ənənələrə malikik. Nardaranda baş verən hadisələr barədə eşitmişəm, bu, Azərbaycanın daxili işidir. Çox təəssüf ki, bəzi media orqanları bu məsələdə iki ölkə arasında gərginlik yaratmaq istəyirlər”.

İran parlamentinin sədri Rusiya və Türkiyə arasında yaranan gərginliyə də münasibət bildirib: “Rusiya və Türkiyə arasında olan gərginlik bizi çox narahat edir. Biz bunu qəbul etmirik. Bu terrorizmlə mübarizədə düzgün yol, seçim deyil. Biz bu hadisədən çox narahatıq”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42280

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31