Hər iki əli biləkdən kəsilən gəncin DƏHŞƏTLİ FOTOSU
Zaqatalada iki əli biləkdən kəsilən 26 yaşlı gəncin fotosu yayılıb.
Publika.az sosial şəbəkədə yayılan fotoda Vüsal Bəşirovun hər iki qolunun biləkdən sarğılı olduğu görünür.
Xatırladaq ki, hadisə noyabrın 28-dən 29-na keçən gecə qeydə alınıb. Zaqatala şəhəri, Azərbaycan prospektində yaşayan 1989-cu il təvəllüdlü Bəşirov Vüsal Vahid oğlunun hər iki qolu bilək nahiyəsindən kəsilib. İlkin ehtimala görə, cinayət borc üstündə törədilib.
Hər iki əlini itirən Vüsal Bəşirovun atası Vahid Bəşirovun verdiyi məlumata görə, oğlunu maşınla rayona yaxın ərazidə yerləşən asma körpü deyilən çaylağa aparıblar. Bundan yarım saat sonra isə həmin şəxslər Vahid Bəşirova zəng vuraraq, oğlunun əllərini biləkdən kəsdiklərini söyləyiblər.
Short URL: http://www.cumhuriyyet.net/?p=42471