Nardarana giriş yenidən bağlandı

02.12.2015 - 13:58

nardaran3APA-nın Nardaranda olan əməkdaşının verdiyi məlumata görə, qəsəbə Daxili Qoşunların və xüsusi təyinatlı polis əməkdaşlarının nəzarətindədir. Qəsəbəyə giriş ancaq Nardaran sakinləri üçün açıqdır. Digər yerlərdən gələnlər isə qəsəbəyə buraxılmır.

Nardaran Ağsaqqallar Şurasının sədri Məşədi Natiq Kərimov APA-ya bildirib ki, polis kənd camaatının mərasimə qatılmasına mane olmur: “Biz mərasimimizi keçiririk. Qəsəbəyə kənardan heç kim gəlməyib. Mərasim günorta namazınadək davam edəcək”.

Onu da qeyd edək ki, Nardaran qəsəbəsində radikal dini şüarlar, plakatlar və qara bayraqlar dünən yığışdırılıb. Hazırda Nardaran-Maştağa yolunun üstündəki radikal şüarlar və qara bayraqlar da sökülür.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də bu gün səhər Nardaran qəsəbəsinə gəlib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42487

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31