Şeyx: “Kim Taleh Bağırzadə kimilərinin yanında olacaqsa…”

03.12.2015 - 14:54

seyx2“Nardaranda baş verənlər bizi məyus etdi. Hadisələr zamanı biz müraciət yaydıq. Baş verənlərin dinə aidiyyəti yoxdur. Bu, dövlət çevrilişinə cəhd, terrordur. Biz bunu qəti şəkildə pisləyirik”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə deyib.

O, qeyd edib ki, Azərbaycanda dövlət din üçün hər cür şərait yaradıb: “Kim Taleh Bağırzadə kimilərinin yanında olacaqsa, bu, nankorluqdur, dövlətə, dövlət başçısına qarşı olmaq deməkdir. Nardaranda bəzi dindarlar, ağsaqqallar var. Bir qrup adam onların inamından istifadə edib. O adamlar nardaranlı deyil. Ulu öndərin vaxtında Nardaranda 40-a yaxın insanın həbsdən buraxılması, ziyarətgahın bərpa edilməsində rolumuz oldu. Bir növ sülh yarada bildik. Heyfislənirəm ki, bu məsələ sonradan həllini tapa bilmədi. Artıq bir neçə gündür, güc yolu ilə həll olunur. Bu, düzgün qərardır. Bu məsələnin həllində biz aciz qaldıq” (APA).

Short URL: http://www.cumhuriyyet.net/?p=42754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31