Nardaranda damlara snayperlər yerləşdirilib

03.12.2015 - 17:21

nardaran6«Kəndin çox vahiməli görünüşü var. Hər tərəfdə əlisilahlı əsgərlərdir. Meydan, mərkəzi küçələr, hətta ara küçələr də əli silahlılarla doludur. Kəndin küçələrində hərbi maşınlar var, az qala, hər evin damında əlisilahlı hərbçilərdir. Snayperlər də var. Camaat qorxudan küçəyə çıxmır, uşaqlar məktəbə getmir».

Bunu AzadlıqRadiosuna Nardaran kəndinin adının çəkilməsini istəməyən sakini deyib. Onun sözlərinə görə, Daxili Qoşunların əməkdaşları adamları, kəndə girən maşınları bir-bir yoxlayır: «Qonşu ərzaq maşınında işləyir. Dükana mal gətirmişdi. Hər şeyi ələk-vələk ediblər».

Nardaran sakininin dediyinə görə, kənddə işıq olmadığından sakinlərin çoxu şəhərdə və ətraf kəndlərdə yaşayan qohumlarının evinə köçür: «Çünki vəziyyət dözülməzdir. İşıq olmadığından evimiz bumbuzdur. Yeməyi zorla qaz balonlarında bişiririk. Televizora baxa bilmirik, internet yoxdur, dünyadan təcrid olunmuşuq. 5-6 adama görə bütün kəndə əziyyət verirlər».

Noyabrın 26-da hüquq-mühafizə orqanları Nardaranda xüsusi əməliyyat keçirib. Atışma nəticəsində 2 polis əməkdaşı da daxil olmaqla 7 nəfər ölüb. Dekabrın 1-də qəsəbəyə daxili qoşunlar və hərbi texnika yeridilib. 30-dan çox adam həbs edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=42820

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31