Rəsulzadənin Gəncədəki büstü açıldı

04.12.2015 - 12:33

bustAzərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin Gəncə şəhəri Dəmiryolçular parkındakı büstünün başına keçirilmiş çuval bu gün səhər saatlarından etbarən götürülüb.

Bu barədə “AZƏRFAKS”a Gəncə sakinlərindən biri məlumat verib. Məlumata görə, hazırda əraziyə 20-yə yaxın texniki işçi cəlb olunub və onlar büstün ətrafında təmizlik işləri aparırlar. “Bu bizim üçün çox xoş bir sürpriz oldu” – deyə, Gəncə sakini bildirib.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin büstü qoyulmuş Dəmiryolçular parkı Nəqliyyat Nazirliyinin balansındadır. Parkda uzun müddət idi ki, təmir işləri aparılırdı. Rəsmi səviyyələrdə verilmiş açılqamalara görə, M.Ə.Rəsulzadənin büstünün üstü də məhz təmir işlərilə əlaqədar örtülübmüş.

Xatırladaq ki, Gəncə şəhərindən seçilmiş millət vəkili Naqif Həmzəyevin M.Ə.Rəsulzadə barədə səsləndirdiyi fikirlər geniş ictimai etiraza səbəb olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=42956

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31