“Rəsulzadəni təhqir etməmişəm” – Gəncəli deputat

04.12.2015 - 12:46

naqif“Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur”
Gəncədən deputat seçilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı yeni açıqlama verib.

Modern.az saytı xəbər verir ki, Naqid Həmzəyev bir daha mətbuatın ona qərəz nümayiş etdirdiyini vurğulayıb. O, Məhəmməd Əmin Rəsulzadə barəsində təhqiramiz fikirlər səsləndirmədiyini və heç bir mətbu orqana açıqlama vermədiyini qeyd edib.

Deputat bildirib ki, onun adından yazılan fikirlərə görə “Yeni Müsavat” qəzetini məhkəməyə verə bilərmiş, amma bunu istəməyib.

“Deputatlıq fəaliyyətimə məhkəmə iddiası qaldırmaqla başlamaq istəmədiyimdən, jurnalistin üstünə getmədim. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəsüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər”.

Short URL: http://www.cumhuriyyet.net/?p=42965

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31